Xəbərlər
Ermənistan silahlı birləşmələri atəşkəs rejimini növbəti dəfə pozublar
Ermənistan ordusunun bölmələri avqustun 14-də gecə Azərbaycan Respublikasının Ağdam rayonunun Cəvahirli və Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.