YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: ÜAK-ın ləğvi Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək məqsədi daşıyır

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi Azərbaycan ictimaiyyətini ciddi narahat edir. Bu addım Azərbaycan ilə Rusiya arasındakı münasibətlərə xələl gətirmək məqsədi daşıyır.

Bu fikri Milli Məclisin plenar iclasında parlamentin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Siyavuş Novruzov qeyd edib ki, Rusiyada bəzi qüvvələr öz maraqlarını üstün tutaraq iki ölkə arasında münasibətlərə xələl gətirməyə çalışırlar. Bunun qarşısı alınmalıdır. Bu addım ümumi münasibətlərin pisləşməsinə xidmət edir. Azərbaycan həmişə Rusiya ilə bağlı hər hansı bir məsələ olduqda öz neytrallığını qoruyub saxlayır, tərəfsiz siyasət həyata keçirir və bunun da qarşılığını görmək istəyir. Azərbaycan parlamenti, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bununla bağlı Rusiya tərəfinə ciddi müraciət etməlidir. Rusiya parlamentindəki dostluq qrupunun üzvləri də bu məsələyə münasibət bildirməlidirlər.