YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dilarə Cəbrayılova: Azərbaycan xalqı yüksək ailə dəyərlərinə sahibdir

«Azərbaycan xalqı yüksək ailə dəyərlərinə sahibdir». Bu fikri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Dilarə Cəbrayılova deyib.

D.Cəbrayılova bildiib ki, 15 may tarixi bütün dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Onun sözlərinə görə, Beynəlxalq Ailə Günü  ilə bağlı  ölkəmizdə müxtəlif tədbirlər keçirilir.

«Azərbaycanın əsrlərdən gələn gözəl ailə dəyərləri var. Ölkəmizdə ailə, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində daim iş aparılır. Azərbaycan xalqı möhkəm ailə təməlini həmişə yüksək qiymətləndirir. Dünyəvi əsaslara uyğun həyat sürən, amma bununla belə Şərq mentallığı ənənələrinə və dəyərlərinə qayğı ilə yanaşan Azərbaycan cəmiyyəti üçün ailə, sosiumda qadının rolu, uşaqların tərbiyəsi məsələləri xüsusilə həssas sahədir. Cəmiyyətimiz hər zaman yüksək ailə dəyərlərimizi qorumalıdır. Bunun üçün müvafiq qurumlar tərəfindən maarifləndirmə işləri də aparılır və bu proses mütəmadi olaraq davam edir»- deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv