Xəbərlər
Ağacan Abiyev: Azərbaycan idmançıları ilk günlərdən IV İslam Həmrəyliyi Oyunlarında yüksək nəticələr göstərir
«Azərbaycan idmançıları ilk günlərdən IV İslam Həmrəyliyi Oyunlarında yüksək nəticələr göstərir». Bu fikri Milli Olimpiya Komitəsinin baş katibi, Milli Məclisin deputatı Ağacan Abiyev deyib.
A.Abiyev bildirib ki, Azərbaycan daim beynəlxalq səviyyəli tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Onun sözlərinə görə, idman tədbirlər i də bu baxımdan xüsusi qeyd edilməlidir.
«IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm açılışı oldu. Hesab edirəm ki, bu hadisə oyunların tarixində ən yaddaqalan hadisələrdən biridir. Hazırda müxtəlif ölkələri təmisl edən idmançıların yarışlarını, mübarizələrini izləyirik. Oyunların gedişi bütün m üsəlman ölkələrinin xalqları tərəfindən böyük maraqla izlənilir. Əminik ki, bu oyunlar müsəlman ölkələri arasında əməkdaşlığı, həmrəyliyi gücləndirəcək»- deyə, A.Abiyev vurğulayıb.