YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Roytlinqen şəhərində Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi qeyd edilib

Almaniyanın Roytlinqen şəhərində Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi münasibətilə tədbirlər keçirilib.

Əvvəlcə əcdadları Cənubi Qafqazda, əsasən Azərbaycanın bugünkü Göygöl rayonunda məskunlaşmış almanların toplantısı baş tutub. Toplantıda ölkəmizdəki alman irsinin qorunub saxlanması istiqamətində görülən işlər müzakirə edilib, Prezident İlham Əliyevin Azərbaycanda alman məskənlərinin salınmasının 200 illik yubileyi ilə əlaqədar tədbirlər planının hazırlanmasına dair imzaladığı Sərəncam qeyd olunub.

Sonra Roytlinqen Şəhər Diyarşünaslıq Muzeyində almanların Azərbaycandakı həyatını əks etdirən “İtirilmiş izlər. Qafqaza şvab köçü 1817” adlı fotosərginin açılış mərasimi və elmi konfrans keçirilib.

Roytlinqen şəhərinin meri Robert Han, Helenendorf (Göygöl) almanlarının indiki nəsillərinin sözçüsü Qizela Rasper, Diyarşünaslıq Muzeyinin direktoru Verner Ştröbele, Berlin Humbolt Universitetinin “Azərbaycan tarixi” kafedrasının rəhbəri professor Eva-Maria Aux tədbirdə çıxış ediblər.

Sonda pianoçu Aleksandr Raytenbaxın ifasında musiqi nömrələri səsləndirilib.