Xəbərlər
Londonda Azərbaycan Respublika və Silahlı Qüvvələr günləri münasibətilə təntənəli tədbir keçiriləcək
Mayın 25-də Londonda Böyük Britaniyadakı səfirliyimiz və səfirliyin nəzdində fəaliyyət göstərən Hərbi Attaşelik Aparatının təşkilatçılığı ilə Azərbaycanın Respublika və Silahlı Qüvvələr günləri münasibəti ilə təntənəli tədbir keçiriləcək.
Tədbirdə Azərbaycan və Böyük Britaniyadan hökumət, dövlət və ictimaiyyət nümayəndələri, Londonda akkreditə olunmuş bir sıra dövlətlərin səfirləri və hərbi attaşeləri, ölkəmizin Krallıqdakı icmasının üzvləri və digər qonaqlar iştirak edəcəklər.