Xəbərlər
Yevgeni Mixaylov:Cənubi Qafqazda əsas oyunçular Rusiya və Türkiyə qalacaq
Emmanuel Makronun prezident seçilməsindən sonra Fransanın Cənubi Qafqazla bağlı siyasəti heç bir şəkildə dəyişməyəcək.
Bunu rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert Yevgeni Mixaylov deyib.
Onun sözlərinə görə, Fransanın bu regionla bağlı dəqiq siyasəti mövcud deyil: “Cənubi Qafqazda əsas oyunçular Rusiya və Türkiyə qalacaq. Azərbaycan KİV-ləri Marin Le Penin seçkiqabağı şüarlarından narahatlığını bildirirdi. Amma əvvəldən də görünürdü ki, bütün bu siyasi şüarlar elektorata yönəlmiş addım idi”.
Ekspertin fikrincə, Fransa, böyük ehtimalla Avropa İttifaqı ilə vahid tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərəcək və müəxtlıif məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ümumi mövqe bildirəcək.