Xəbərlər
İordaniya Nümayəndələr Palatasının spikeri Azərbaycana gəlir
İordaniya Nümayəndələr Palatasının spikeri Atif Taraunenin səfəri zamanı Azərbaycan və İordaniya ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələsini müzakirə edəcək.
Bunu İordaniyanın Bakıdakı səfiri İbrahim Məhəmməd əl-Nəbaşneh deyib.
Onun sözlərinə görə, səfər mayın 9-u baş tutacaq.
Diplomat qeyd edib ki, spiker İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak edəcək.