YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Bakı prosesi” dünyanı narahat edən qlobal məsələlərin müzakirə olunduğu bir platformaya çevrilib

«“Mədəniyyətlərarası diloqun inkişafı; İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Ümumidünya Mədəniyyətlərarası Dialoq Forumu öz işini başa çatdırıb. Bu Forumun Bakıda keşirilməsi Azərbaycanın dünya ölkələri arasında mədəniyyətlərarası dialoqun inkişafına böyük dəstək verdiyini və bu prosesə sadiqliyini aydın şəkildə nümayiş etdirdi. Azərbaycan tərəfinin təklifi ilə ilk dəfə olaraq Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü keçirilib. Forumun açlış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respblikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyeva işrirak ediblər.Prezident İlham Əliyev açlış mərasimindəki nitqində qeyd edib ki, bu Forum artıq dünya məsələlərini müzakirə edən qlobal beynəlxalq platformaya çevrilib». Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, bu Forumda dünyanın 120 ölkəsindən rəsmi, 39 beynəlxalq təşkilatdan nümayəndələr, 50-dən çox QHT-nın nümayyəndələri ümumilikdə 800-dən çox xarici nümayəndə iştirak edib. Onun sözlərinə görə, buraya yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament sədrləri, tanınmış alimlər, səfirlər, ictimai xadimlər, 30-dan çox nazir daxildir.

«Ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin mədəniyyət sahəsində beynəlxalq təşəbbüslərə göstərdiyi dəstək nəticəsində ölkəmiz dünyanın mədəniyyət mərkəzinə çevrilib. Prezident İlham Əliyevin 4 noyabr 2008-ci il tarixli Sərəncamına uyğyn olaraq həmin ilin dekabrın 2 -3 də Bakıda Avropa Şurası üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin konfransı keçrilmişdi. Bu konfransla “Bakı prosesi” nin əsası qoyulub və bu təşəbbüs sonrakı illərdə qlobal prosesə çevrilib. Qeyd etmək lazımdır ki, artıq 4-cü dəfədir ki, bu tədbir “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunur. Artıq” Bakı prosesi” dünyanı narahat edən qlobal məsələlərin müzakirə olunduğu bir platformaya çevrilib. Burada dünyanın bir çox ölkələrindən məşhur siyasətçilər, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, nüfuzlu ictimai-siyasi xadimlər bir araya gəlir və dünyanı narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparır, yaranmış problemlərin həlli yollarını axtarırlar. Forumda ümumilikdə 40-dan çox sesiya və tədbir keçrilib. Bu sessiyalarda dünyanı ən çox narahat edən qlobal problemlər, bəşəriyyətin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən məsələlər, insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlər arası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi və digər məsələlər müzakirə olunub. Bu Forum göstərdi ki, “Bakı prosesi” getdikcə daha geniş məsələləri əhatə edir, beynəlxalq aləmdə nüfuz sahibi olan iştirakçıların sayı artır. Bu onu göstərir ki dünyanı narahat edən problemlərin dinc yolla, danışıqlar yolu ilə, müzakirələ həlli yollarını tapmaq mümkündür. Dünyada buna inanan qüvvələr daha çoxdur. Azərbaycanın bir dövlət kimi bu proseslərin fəal iştirakısı, təşkilatçısı kimi beynəlxalq aləmdə nüfuzu getdikcə dahada artır»- deyə, R.Əliyev vurğulayıb.