YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən müasir beynəlxalq münasibətlər sisteminə uyğunlaşdırılır və inkişaf etdirilir

«Bu gün Azərbaycan regionun lider ölkəsi olmaqla yanaşı, həm də dünya dövlətlərinin, eləcə də güc mərkəzlərinin geosiyasi maraqlarının uzlaşdığı məkan olaraq səciyyələndirilir. Bunu təmin edən əsas faktor Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət kursudur. Bu gün beynəlxalq münasibətlər sistemində baş verən dağıdıcı proseslər, eləcə də milli dövlətlərin öz müstəqillikləri və suverenliklərini itirməsinə səbəb olan hadisələr Azərbaycanın balaşnlaşdırılmış xarici siyasət kursunun əhəmiyyətini bir daha ortaya qoyur. Sirr deyil ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu strateji kurs Azərbaycanın beynəlxalq arenada müstəqil dövlət, söz və nüfuz sahibi kimi çıxış etməsini təmin etməklə yanaşı, həm də sonrakı illərdə ölkəmizin ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafını şərtləndirib». Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib.

B.Muradova bildirib ki, hazırda dünya miqyasında daha ciddi iqtisadi və siyasi kataklizmlər müşahidə edilir, milli dövlətlər  qeyri-sabitlik problemi və dağıdıcı tendensiyalarla qarşılaşır. Onun sözlərinə görə, belə bir şəraitdə Azərbaycanın uğurlu, praqmatik və balanslaşdırılmış xarici siyasət kursu öz sözünü deyir, ölkəmiz həm sabitlik adası kimi çıxış edir, həm də öz beynəlxaq mövqelərini mütəmadi olaraq möhkəmləndirir.

«Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən daha da modernləşdirilir, müasir beynəlxalq münasibətlər sisteminə uyğunlaşdırılır və inkişaf etdirilir. İstər daxili, istərsə də xarici arealda sabit, milli maraqlara söykənən, problemlərin həllinə istiqamətlənən, vətəndaşların hüquq və azadlıqlarının genişləndirilməsini özündə əks etdirən və ən əsası, münasibətlərin və əlaqələrin normal və tərəfdaşlıq çərçivəsində inkişafına şərait yaradan siyasətin yürüdülməsi ölkəmizin bütün mənalarda yüksək nailiyyətlərə imza atmasına şərait yaradıb. Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən xarici siyasət kursu Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz bölgəsində lider, Avropa və digər kontinentlər üçünsə kifayət qədər ciddi tərəfdaş kimi qəbul edilməsinə yol açıb. Azərbaycan bu gün də dünya dövlətləri ilə açıq ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafını özündə ehtiva edən xarici siyasət kursu yürüdür. Azərbaycan hakimiyyətinin ortaya qoyduğu bu məramın aydın və səmimi olması, məsələlərə yalnız beynəlxalq hüquq və milli maraqlar çərçivəsindən yanaşması Azərbaycanın həm Qərb, həm də Şərq ölkələri ilə eyni dərəcəli münasibətlər qurmasına imkan verir»- deyə, vitse-spiker vurğulayıb.