Xəbərlər
Azərbaycan Prezidenti: Multikulturalizm dünyanın təhlükəsizliyi üçün yeganə yoldur
Bu gün Bakıda keçirilən bu Forumda beynəlxalq ictimaiyyətin əksəriyyəti təmsil olunur. Biz sübut etməliyik ki, multikulturalizm yaşayır. Bu, dünyanın təhlükəsizliyi üçün yeganə yoldur.
Bu fikri IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.
Azərbaycanın multikulturalizm sahəsində artıq beynəlxalq mərkəzə çevrildiyini deyən dövlətimizin başçısı vurğulayıb ki, biz hər zaman xalqlar və dinlər arasında anlaşmanın səviyyəsini artırmağa çalışırıq.
Prezident İlham Əliyevin deyib ki, Azərbaycanın qədim tarixi, mədəniyyəti var. Ötən il müstəqilliyimizin bərpa olunmasının 25-ci ildönümü qeyd etdik. Azərbaycan tarixində heç vaxt bu qədər güclü olmayıb. Azərbaycan dinamik inkişaf edən ölkədir, eyni zamanda, köklərinə bağlıdır.
Azərbaycan Prezidenti xatırladıb ki, 2008-ci ildə “Bakı prosesi”nə start verilib. 2008-ci ildə Avropa Şurası ölkələri nazirlərinin toplantısını keçirən zaman müsəlman ölkələri nazirlərini dəvət etdik, mədəniyyətlərarası dialoqu müzakirə etdik. 2009-cu ildə müsəlman ölkələri nazirlərinin toplantısına isə Avropa ölkələrinin nazirlərini dəvət etdik. Azərbaycan mədəniyyətlərarası dialoqda bu rolu oynamaqla fəxr edir.