YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin icrası haqqında Sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin icrası haqqında Sərəncam imzaladı.

Sənəddə qeyd olunur ki, Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin icrası ilə bağlı hazırlanmış hesabata dair Dövlət Neft Fondunun Müşahidə Şurasının qərarını və Fondun maliyyə fəaliyyəti barədə beynəlxalq auditor təşkilatının rəyini nəzərə alaraq verilmişdir.

Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin icrası, gəlirlər 9 410 180,0 min manat, xərclər 9 022 059,0 min manat və ya Fondun 2016-cı il büdcəsində nəzərdə tutulana nisbətdə gəlirlər üzrə 205,5%, xərclər üzrə 84,6% səviyyəsində olmaqla təsdiq edilmişdir.

DİGƏR Xəbərlər Arxiv