YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisinin növbəti plenar iclası keçiriləcək

Mayın 2-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, iclasda 13 məsələ müzakirə olunacaq.

Milli Məclis “Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “SOCAR Umid Oil and Gas Limited” şirkəti arasında Risk Xidmət Sazişinin və ona əlavə olunmuş “Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında” “SOCAR Umid Oil and Gas Limited” şirkəti ilə “Umid, Babək Eksploreyşn end Prodakşn” şirkəti arasında müqavilənin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” və Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında" Sazişin təsdiq edilməsi haqqında qanun layihələrinə baxacaq.

İclasda, həmçinin “Turizm haqqında” qanun layihəsi nəzərdən keçiriləcək.

Deputatlar “Diplomatik xidmət haqqında”, “Pasportlar haqqında”, “Dərman vasitələri haqqında”, “Yeyinti məhsulları haqqında və “Reklam haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə münasibət bildirəcəklər. İnzibati Xətalar, Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələri barədə müzakirə aparılacaq. “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinə ikinci oxunuşda baxılacaq.