Xəbərlər
Ukrayna və İran Azərbaycan ərazisindən keçməklə kənd təsərrüfatı məhsullarının qatarla daşınması barədə razılığa gəliblər
Ukrayna və İran kənd təsərrüfatı məhsullarının dəmir yolu ilə daşınması barədə razılığa gəliblər.
Qatar marşrutu Gürcüstan və Azərbaycan ərazisindən keçəcək. İlk qatarın bu ilin yayında yola düşəcəyi gözlənilir və test xarakteri daşıyacaq.
“Ukrayna Avropa, Asiya və Şərq arasında etibarlı tranzit körpü rolunu oynamaq üçün yeni beynəlxalq nəqliyyat dəhlizlərini inkişaf etdirmək istəyir”, – deyə ölkənin İnfrastruktur Nazirliyinin məlumatında bildirilir.