YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Novruz Məmmədov: Xarici siyasətin çevikliyi Azərbaycanı Cənubi Qafqazın lider dövləti səviyyəsinə qaldırıb

Xarici siyasətin çevikliyi Azərbaycanı Cənubi Qafqazın lider dövləti səviyyəsinə qaldırıb.

Bu barədə Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd olunur. /Trend/

N.Məmmədov bildirib: "Azərbaycan demək olar ki, bütün beynəlxalq qurumlarda intensiv fəaliyyət göstərir. Bu fəaliyyətin nəticəsində dünyada Azərbaycanın dövlət kimi müsbət obrazı formalaşıb və bu təsəvvür artıq oturuşub. Hesab etmək olar ki, bu, Azərbaycanın xarici siyasətinin ən sanballı uğurlarından biridir. Xarici siyasətin çevikliyi Azərbaycanı ötən müddət ərzində Cənubi Qafqazın lider dövləti səviyyəsinə qaldırıb".

PA rəhbərinin müavini qeyd edib ki, ölkə 20 ildən bir qədər artıq müddətdə enerji sahəsində beynəlxalq əhəmiyyətli iki layihənin təməlini qoyub, regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilib: "Azərbaycan perspektivli iqtisadi əməkdaşlığın, multikulturalizmin, mədəniyyətlərarası və dinlərarası dialoqun sivil modelini təklif edən dövlət kimi qəbul edilir".

DİGƏR Xəbərlər Arxiv