Xəbərlər
Türkiyənin Hərbi Dəniz Qüvvələrinin komandanı Azərbaycana gəlib
Aprelin 11-də Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Bülent Bostanoğlu Azərbaycan Respublikasına səfərə gəlib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində qonağın Azərbaycan Müdafiə Nazirliyində görüşü planlaşdırılır.
Admiral B.Bostanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin Hərbi Dəniz Qüvvələri Komandanlığı, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı da nəzərdə tutulub.
Səfər aprelin 14-dək davam edəcək.