Xəbərlər
Karlo Kalenda: TAP-ın İtaliya ərazisinə daxil olan hissəsinin marşrutu dəyişdirilə bilməz
Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin Adriatik dənizindən keçməklə İtaliya ərazisinə daxil olan hissəsinin marşrutu dəyişdirilə bilməz.
Bunu İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda deyib. Nazir qeyd edib ki, boru kəmərinin bu hissənin marşrutunun dəyişdirilməsi TAP-ın inşa edilməməsinə səbəb ola bilər və buna görə də marşrutda hər hansı dəyişiklik mümkün deyil.