YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Fransa ilə Azərbaycan arasında çox yaxşı münasibətlər var

Fransa ilə Azərbaycan arasında çox yaxşı münasibətlər var. Bu münasibətlər həm siyasi, həm də iqtisadi sahədə inkişaf edir.

Bu sözləri Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun üzvü Fuad Muradov Prezident İlham Əliyevin Fransaya rəsmi səfərini şərh edərkən deyib.

Deputatın sözlərinə görə, bu gün Fransa şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərirlər. “Azərbaycanda fəaliyyət göstərən Fransa şirkətlərinin sayı 50-dən çoxdur. Ölkələrimiz arasında əlaqələr iqtisadi münasibətlərə də mühüm töhfə verir. Prezident İlham Əliyev Fransaya səfəri zamanı bu ölkənin biznes dairələri ilə mühüm görüşlər keçirdi. Bu görüşlər Azərbaycan-Fransa iqtisadi əlaqələrini daha da inkişaf etdirəcək”, - deyə F.Muradov vurğulayıb.

Milli Məclisin deputatı Fransanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyərək bildirib: “Bir müddət öncə biz Fransa Senatında mühüm görüşlər keçirdik. Bu gün Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupu çərçivəsində çox yaxşı əməkdaşlıq var. Fransadan olan deputat qrupu Azərbaycanda səfərdə olarkən də ərazi bütövlüyümüzə dəstək nümayiş etdiriblər”.

Dostluq qrupunun üzvü əlavə edib ki, Prezident İlham Əliyevin Prezident Ollandla görüşündə Dağlıq Qarabağ münaqişəsi müzakirə edildi. Azərbaycan Prezidenti orada ölkəmizin ədalətli mövqeyini bir daha gündəmə gətirdi. Olland da mövcud status-kvonun dəyişdirilməsinin vacibliyi haqda danışdı. Fransada prezident seçkiləri keçiriləcək və ölkəyə yeni prezident rəhbərlik edəcək. Lakin Fransanın xarici siyasət istiqamətləri dəyişmir. Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir, buna görə də ondan Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqe gözləyirik. Prezident İlham Əliyev Azərbaycanın mövqeyini beynəlxalq səviyyədə bir daha dilə gətirdi. İnanırıq ki, bu görüşlərin münaqişənin həllinə müsbət təsirləri olacaq.

Prezident İlham Əliyevin bəzi fransız şirkətlərinin Dağlıq Qarabağda qanunsuz fəaliyyəti haqda Parisdə səsləndirdiyi fikirlərə də toxunan F.Muradov deyib ki, Azərbaycan bu məsələ ilə bağlı hüquqi tədbirlər həyata keçirir. Azərbaycan dövlətinin mövqeyi qətidir. Bu yaxınlarda Avropa Parlamentində açıq şəkildə bildirdik ki, müxtəlif ölkələrin, həmçinin Fransanın bəzi şirkətləri Dağlıq Qarabağda və işğal olunmuş digər rayonlarda qanunsuz fəaliyyət göstərirlər. Prezident İlham Əliyev də bunu bir daha vurğuladı. Qeyd etdi ki, qanun hamı üçün eynidir. Beynəlxalq qanunvericilik var və hər kəs buna uyğun fəaliyyət göstərməlidir”.

DİGƏR Xəbərlər Arxiv