Xəbərlər
Erkan Özoral: Bu ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmasını yüksək dəyərləndirirəm
2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmasını yüksək dəyərləndirirəm. Prezident İlham Əliyevin bu istiqamətdə atdığı addımlar onun dini dəyərlərə və tolerant yanaşma tərzinə münasibətinin nümunəsidir.
Bu sözləri jurnalistlərə müsahibəsində Bakıda “İslam həmrəyliyi - zamanın çağırışı” mövzusunda beynəlxalq konfransda iştirak edən Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral deyib.
Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu bildirilən səfir bu sahədə əldə olunan nailiyyətlərin ölkə başçısının siyasi iradəsinin nəticəsi olduğunu söyləyib.
Konfransın əhəmiyyətindən danışan diplomat dünyada mövcud olan bütün münaqişələrin ədalətli sülh yolu ilə həllini tapması üçün siyasi xadimlərin, dini liderlərin və dünya ictimaiyyətinin səylərinin artırılmasının vacibliyini vurğulayıb.