YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hyustonda, Azərbaycan Mərkəzində ölkəmizin ABŞ-dakı səfirliyinin konsul şöbəsinin əməkdaşlarının iştirakı ilə brifinq olmuşdur

 

Hyustonda, Azərbaycan Mərkəzində ABŞ vətəndaşlığı və immiqrasiya məsələlərinə dair xüsusi brifinq keçirilmişdir. Brifinqdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin göstərdiyi konsul xidmətlərinin siyahısı təqdim olunmuşdur.
“Danbar Harder” hüquq firmasında immiqrasiya və vətəndaşlıq məsələlərinə cavabdeh olan tərəfdaş Kennet Harder ABŞ-ın İmmiqrasiya haqqında Qanunundakı yeniliklərdən danışmış, habelə Azərbaycan icmasının üzləşə biləcəyi immiqrasiya problemlərinə toxunmuşdur. K.Harder çoxsaylı sualları cavablandırmış, Azərbaycan icmasının nümayəndələrinə pulsuz məsləhətlər vermişdir. Azərbaycan səfirliyinin konsul vəzifəli əməkdaşları Emil Səfərov və Vüsalə Muradəliyeva Texas ştatının Hyuston şəhərində yaşayan və Azərbaycana gəlməyə hazırlaşan Azərbaycan vətəndaşları üçün doğum haqqında şəhadətnamə və pasportun verilməsi kimi konsul xidmətləri, razılaşmaların rəsmiləşdirilməsi, müxtəlif arayışların verilməsi kimi notarial xidmətlər və s. göstərmişlər.
Qeyd edək ki, Azərbaycan Mərkəzi hər il belə tədbirlər keçirməyi planlaşdırır.