Xəbərlər
Səfir İmre Laslotski: Macarıstanın turizm bazarı Azərbaycan sərmayələri üçün açıqdır
Macarıstanın turizm bazarı Azərbaycan sərmayələri üçün açıqdır. Bu barədə Trend-ə özəl olaraq Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski deyib.
Səfir bildlrib: "Macarıstanın turizm bazarı çox rəngarəngdir və inkişaf edib. Amma boş sahələr var. Həmişə elə sahələr tapmaq olar ki, onu daha da inkişaf etdirməyə ehtiyac var".
Diplomat daha sonra əlavə edib: "Əlbəttə, biz Azərbaycan kapitalını mehmanxana təsərrüfatı, termal turizm, ümumilikdə daşınmaz əmlak bazarında görmək istərdik".