YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bayram Səfərov: Biz heç vaxt Xocalı soyqırımını unutmamalı və bu faciəni gələcək nəslə çatdırmalıyıq

«Xocalıda azərbaycanlılara qarşı törədilən vəhşiliklərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində genişmiqyaslı işlər aparılır». Bu fikri “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

B.Səfərov bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bütün dünyada Xocalı soyqırımının tanınması istiqamətində tədbir keçirilir. Onun sözlərinə görə, bu kampaniya dövlətimizin bu yöndə həyata keçirdiyi siyasətə böyük dəstəkdir.

«Görülən işlər nəticəsində bir sıra ölkələrdə bu vəhşilik artıq soyqırımı kimi tanınır. Biz heç vaxt Xocalı soyqırımını unutmamalı və bu faciəni gələcək nəslə çatdırmalıyıq. Bu cinayəti törədənlər ədalət məhkəməsi qarşısında cavab verməlidirlər»- deyə, B.Səfərov vurğulayıb.