Xəbərlər
Azərbaycan ilə Cibuti arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb
Azərbaycan ilə Cibuti arasında Anlaşma Memorandumu imzalanıb.
“Azərbaycan ilə Cibuti arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu”nu xarici işlər naziri Elmar Məmmədyarov və Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusuf imzalayıblar.
Qeyd edək ki, fevralın 24-də Elmar Məmmədyarovun Cibutinin naziri Mahmud Əli Yusuf ilə görüşü olub.