YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leonid Slutski: Mehriban Əliyeva Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün son dərəcə böyük işlər görüb

Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib.

Rusiyalı deputatın sözlərinə görə, Mehriban Əliyeva ölkənin birinci xanımı və Milli Məclisin deputatı kimi Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün son dərəcə böyük işlər görüb.

Dövlət Dumasının mətbuat xidməti L.Slutskinin bu sözlərini sitat gətirib: “Mehriban Əliyevanın Heydər Əliyev Fondunun rəhbəri vəzifəsində fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Onun fəaliyyəti mədəni və humanitar sahələrdə ölkənin mövqelərini həqiqətən möhkəmləndirib”.

L.Slutski ümidvar olduğunu bildirib ki, Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi ilə Rusiya-Azərbaycan əməkdaşlığı bütün sahələrdə daha da inkişaf edəcək və möhkəmlənəcək.