YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir

“Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir”. Bu fikri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə Azərbaycanda ümumxalq məhəbbəti qazanıb: “Mehriban Əliyeva Ümummilli lider Heydər Əliyevin adını daşıyan Fondun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri kimi  humanitar sahədə, sivilizasiyalararası dialoqun təşviqi və inkişafında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkə mədəniyyətinin beynəlxalq miqyasda təbliğ edilməsi istiqamətində misilsiz xidmətlər göstərmişdir. Mehriban xanım Əliyeva Azərbaycanda humanizmin simvolu kimi tanınır. Mehriban Əliyeva həm də Yeni Azərbaycan Partiyası Sədrinin müavini kimi partiyamızın fəaliyyəti və inkişafına mühüm töhfələr vermişdir”.

M. Qurbanlı əlavə edib ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi həyata keçirilən daxili və xarici siyasətdə mühüm rol oynayacaq, ölkəmizin inkişafı və beynəlxalq arenada uğurla təmsil olunmasına mühüm töhfələr verəcək: “Qeyd etdiyim kimi, Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi olduqca yüksək qiymətləndirilir. Fürsətdən istifadə edərək bu münasibətlə Mehriban xanım Əliyevanı səmimi qəlbdən təbrik edirik”. 

DİGƏR Xəbərlər Arxiv