Xəbərlər
Sergey Markov: Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması ölkədə siyasi stabilliyi möhkəmləndirəcək
Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması ölkədə siyasi stabilliyi möhkəmləndirəcək və riskləri minimuma endirəcək.
Bunu Trend-ə Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, bu təyinat dövlətçiliyin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır:
“Daxili sistemdə hər hansı bir dəyişiklik baş verməyəcək. Mehriban Əliyeva həmişə ölkənin ictimai və siyasi həyatında fəal rol oynayıb”.