YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi çox əlamətdar və tarixi hadisədir

"Prezident İlham Əliyev tərəfindən Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi haqqında Sərəncam imzalanması çox əlamətdar və tarixi hadisədir". Bunu Milli Məclisin üzvü, Avropa Şurası Parlament Assambleyasının komitə sədri Sahibə Qafarova deyib. Onun sözlərinə görə, bu, bir çox cəhətdən əlamətdir. "Əvvəla Azərbaycanın birinci vitse-prezidentinin təyin edilməsi dövlətçilik tariximizdə yenilikdir, bir ilkdir. Buna qədər ölkəmizdə faktiki olaraq belə bir idarəetmə institutu olmayıb. İkincisi, bununla Azərbaycanın idarəçilik sistemində tamamilə yeni bir mərhələnin əsası qoyuldu. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar kursu bununla yeni bir mərhələyə qədəm qoydu. Bu vəzifəyə məhz Mehriban xanım Əliyevanın təyin olunmasının özü isə ayrılıqda tarixi bir hadisədir. Hesab edirəm ki, dövlətimizin bu addımı xalqın gözləntilərinə cavab verir, ictimai rəyi dolğun əks etdirir".

Sahibə Qafarova deyib ki, Mehriban xanım Əliyeva bu ali vəzifəyə layiq olduğunu və gələcəkdə də bu məsuliyyətli vəzifəni yüksək bacarıqla icra edə biləcəyin bu günə qədər gördüyü işlərlə sübuta yetirib. "Heç dç təsadüfi deyil ki, Prezident İlham Əliyev də tam haqlı olaraq Təhlükəsizlik Şurasının iclasında birinci vitse-prezidenti təqdim edərkən Mehriban xanım Əliyevanı çox peşəkar, bilikli, təcrübəli, prinsipial və xeyirxah bir insan kimi xarakterizə etdi. Mehriban xanım Əliyeva həm ölkəmizin birinci xanımı, həm  Heydər Əliyev Fondunun prezidenti, həm də millət vəkili kimi uğurlu fəaliyyəti ilə xalqımızın böyük təqdirini və etimadını qazanıb. Mehriban xanım Əliyeva daim insanlarla ünsiyyətdə olub, onları düşündürən, narahat edən məsələlərin həlli ilə bağlı müxtəlif tədbirlərin görülməsi təşəbbüsü ilə çıxış edib. O, xalqımızın və dövlətimizin maraqlarının beynəlxalq miqyasda qorunması, mədəniyyətimizin, tarixi dəyərlərimizin təbliği istiqamətində mühüm işlər görüb. Həmçinin, onun rəhbərliyi ilə bir çox beynəlxalq tədbirlərin uğurla həyata keçirilməsi, "Evrovision" və İlk Avropa Oyunlarının paytaxtımızda ən yüksək standartlara uyğun baş tutması və Azərbaycanın dünyadakı nüfuzunun artmasına önəmli töfhələr verməsi bir daha Mehriban xanımın təşkilatçılıq bacarığının təsdiqi idi. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan Amnistiya aktları minlərlə insana, yüzlərlə ailəyə sevinc bəxş edib. O, ölkəmizdə səhiyyə, təhsil sahələrində mühüm layihələrin təşəbbüskarı kimi də uğurlu fəaliyyətini davam etdirib. Bütün bunlar isə bir daha Prezidentimiz İlham Əliyevin nə qədər düzgün bir qərar verdiyini sübuta yetirir", - deyə Sahibə Qafarova vurğulayıb.