Xəbərlər
Rusiyanın energetika naziri: Rusiya, Azərbaycan və İran enerji dəhlizinin yaradılmasını müzakirə edəcək
Mart ayında Rusiya-Azərbaycan-İran enerji dəhlizinin reallaşdırılmasının gedişi müzakirə olunacaq.
Bunu Rusiyanın energetika naziri Aleksandr Novak jurnalistlərə deyib.
Nazir bildirib ki, bu layihə İranın energetika naziri ilə də müzakirə olunub: “Biz razılığa gəlmişik ki, mütəxəssislərimiz mart ayının ortalarında görüşəcəklər və layihənin həyata keçirilməsini müzakirə edəcəklər”.
Qeyd edək ki, “Şimal-Cənub” enerji dəhlizi ilə elektrik enerjisi Rusiyadan Azərbaycana və ölkəmizdən isə İrana ixrac ediləcək.