Xəbərlər
Latviyanın Azərbaycandakı səfiri: Latviya Dağlıq Qarabağda keçirilən “referendumu” tanımır
Latviya Dağlıq Qarabağın “müstəqilliyini” və orada keçirilən “referendumu” tanımır.
Bu sözləri eksklüziv olaraq Trend-ə Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs deyib.
Diplomat vurğulayıb ki, Latviya Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində Minsk qrupunun səylərini dəstəkləyir.