Xəbərlər
Kişinyovda ilk Moldova-Türkiyə-Azərbaycan biznes forumu keçirilib
Kişinyovda Türkiyənin Moldovadakı səfirliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq Moldova-Türkiyə-Azərbaycan biznes forumu keçirilib.
Biznes-forum Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) nümayəndə heyətinin Moldova Respublikasına səfəri çərçivəsində baş tutub.
ATİB-dən bildirilib ki, ATİB İdarə Heyətinin sədri Cemal Yangın forumda rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb.
İdarə Heyətinin sədri ATİB-in Moldova iş adamlarını birləşdirən qurumlarla daha yaxın əməkdaşlıqda maraqlı olduğunu və bunun region əhalisinin rifahının artırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyinə əminliyini ifadə edib.