Xəbərlər
Aqiyə Naxçıvanlı: Ölkəmizdə ailə, qadın və uşaq məsələri ilə bağlı mükəmməl qanunvericilik mövcuddur
«Cəmiyyətin inkişafı prosesində ailənin sabitliyi vacib rol oyanır». Bu fikri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.
A.Naxçıvanlı bildirib ki, ailə cəmiyyətin əsasını təşkil edir. Onun sözlərinə görə, cəmiyyət də həmişə ailənin möhkəm qurulmasına çalışır.
«Ailə inkişaf etdikdə ailə münasibətləri çoxplanlı olur. Ailə münasibətlərinə təsir edən bir çox amillər var. Bu münasibətlərin korlanması cəmiyyətə birbaşa təsir edir. Əsas məsələ münasibətlərin düzgün,vaxtında təhlil edilməsi, aradan qaldırılması üçün adekvat yol və vasitələrin tapılmasıdır. Ölkəmizdə ailə, qadın və uşaq məsələri ilə bağlı mükəmməl qanunvericilik var. Amma ailə münasibətlərinin bütün çalarlarını qanunla tənzimləmək mümkün deyil. Çünki hər bir ailənin öz qanun və qaydaları var. Ona görə də, bu prosesdə cəmiyyət bütövlükdə fəal olmalıdır»- deyə, komitə sədri vurğulayıb.