Xəbərlər
Türkiyədəki prezident seçkiləri ilə bağlı Azərbaycanda 6305 nəfər səs verəcək
Türkiyədəki prezident seçkiləri ilə bağlı Azərbaycanda keçiriləcək səsvermədə 6305 nəfər iştirak edəcək.
Artıq Bakı, Gəncə və Naxçıvan şəhərlərində səsvermə məntəqələri yaradılıb. Bakıda Türkiyə səfirliyində 5611, Gəncədə yerləşən konsulluqda 403, Naxçıvandakı konsulluqda isə 291 nəfərin səs verməsi gözlənilir.
Səfirlikdən qeyd ediblər ki, Azərbaycanda keçiriləcək seçkilər avqustun 3-də saat 08:00-dan 17:00-dək davam edəcək.