Xəbərlər
Fransua Olland: Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına görə xüsusi məsuliyyət daşıyır

Fransa ABŞ və Rusiya ilə birgə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına görə xüsusi məsuliyyət daşıyır.
Bunu Fransa Prezidenti Fransua Olland Fransa erməni təşkilatlarının Əlaqələndirmə Şurasının üzvləri ilə görüşündə deyib. /Trend/
Prezident qeyd edib ki, Dağlıq Qarabağda hər gün insanlar ölür: "Biz qarşıdurmanın qarşısını almaq üçün fəaliyyət göstərməliyik".
F.Olland Ermənistan Prezidenti Serj Sarkisyanı Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Parisə dəvət etdiyini bildirib. S.Sarkisyanın martın 8-də Fransaya səfər edəcəyi gözlənilir.