Xəbərlər
Natiq Əliyev: Azərbaycan üçün enerjinin istehsalı və paylanmasında yol verilən itkilərin azaldılması prioritetdir
Hazırda Azərbaycan üçün enerjinin istehsalı və paylanmasında yol verilən itkilərin azaldılması prioritetdir.
Bu sözləri energetika naziri Natiq Əliyev deyib.
“Azərbaycanın həyata keçirdiyi enerji layihələri Xəzər regionunu dünyanın diqqət mərkəzinə çevirir. Bizim üçün vacib məsələ Azərbaycan təbii qazını Avropaya çatdırmaqdır. Strateji əhəmiyyəti təkcə Azərbaycan, Türkiyə və ümumilikdə regionla məhdudlaşmayan “Cənub Qaz Dəhlizi” layihəsi ölkəmizin enerji daşıyıcılarının şaxələndirilməsi siyasətinə xidmət etməklə yanaşı, həm də mürəkkəb geosiyasi şəraitdə Avropanın qaz asılılığından xilasına hesablanmış alternativ enerji mənbəyi kimi diqqət mərkəzindədir. Gələcəkdə Azərbaycanın əlavə qaz həcmləri “Cənub Qaz Dəhlizi“ layihəsi vasitəsilə uğurla ixrac edilə biləcək. Azərbaycan 2050-ci ilədək neft-qaz sahəsində fəaliyyəti daha da gücləndirəcək proqramlara malikdir”, - deyə N.Əliyev əlavə edib.