Xəbərlər
Bahar Muradova: Azərbaycanla hesablaşmayanların aqibəti Lapşinin aqibəti kimi ola bilər
Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan, antiazərbaycan xarakterli bəyanatlarla çıxış edən Aleksandr Lapşinin ekstradisiyası ədalətin təntənəsidir.
Bunu Trend-ə Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
A. Lapşinin ekstradisiyasını Azərbaycan dövlətinin siyasətin nəticəsi sayan B.Muradova qeyd edib ki, Azərbaycanla, onun qanunları ilə hesablaşmayanların aqibəti A.Lapşinin aqibəti kimi ola bilər.
MM sədrinin müavini əlavə edib ki, A.Lapşinin ekstradisiyası Azərbaycanı, onun qanunlarını nəzərə almadan ictimaiyyəti işğal olunmuş ərazilərə qanunsuz səfərlər etməyin mümkünlüyünə inandıran dairələrin iflasa uğramasıdır.
B.Muradovanın sözlərinə görə, bu addımın atılması Dağlıq Qarabağ seperatçı rejiminə, özünü “demokratik” ölkə kimi tanıtdırmaq istəyən Ermənistana və onu dəstəkləyən dairələrə, eyni zamanda A.Lapşin kimi hərəkətlər etmə barədə düşünənlərə bir mesajdır.