Xəbərlər
Əhməd Arslan: Bakı-Tbilisi-Qars dəmir yolunda işlərin 95 faizi yekunlaşıb
Bakı-Tbilisi-Qars dəmir yolunda işlərin 95 faizi yekunlaşıb.
Bu barədə Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan deyib.
O bildirib ki, hazırda Bakı-Tbilisi-Qars dəmir yolunda işlər fasiləsiz sutka ərzində davam etdirilir. “Hava şəraitinə baxmayaraq bu istiqamətdə dayanmadan çalışırıq. Qarşıdakı aylarda bu dəmir yolu istiqamətində sınaqlara başlayacağıq”, - deyə nazir bildirib.
Qeyd edək ki, hazırda Türkiyədə mövcud olan 30 dərəcəlik şaxtalı hava şəraitində tikinti işləri eyni vaxtda dörd fərqli istiqamətlər üzrə aparılır.