YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmamverdi İsmayılov: Dövlətimiz məcburi köçkünlərin həyat şəraitinin yüksəldilməsi istiqamətində davamlı işlər görür

«Doğma yurdlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın bütün qayğıları, problemləri hər zaman dövlətimizin diqqət mərkəzində olub. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi  siyasətin layiqli  davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev hər zaman qaçqın və məcburi köçkünlərin problemlərinin həllini prioritet olaraq diqqət mərkəzində saxlayır. Hələ 2003-cü ildə möhtərəm Prezidentimiz ölkəmizdə çadır şəhərciklərinin olmayacağı haqda vəd vermişdi. Bundan əlavə Prezident İlham Əliyev doğma yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımların atılacağını bildirmişdi. Ötən illər ərzində bu vədlər tam olaraq yerinə yetirildi, ölkəmizdə çadır şəhərcikləri ləğv edildi və qaçqın və məcburi köçkünlərin yaşamıs üçün yeni qəsəbələr salındı». Bu fikirləri Milli Məclisin deputatı İmamverdi İsmayılov «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Fərmanına münasibət bildirərkən deyib.

 Millət vəkilinin sözlərinə görə, bu Fərman, ayrılan vəsaitin ünvanlılığının təmin edilməsinə və çatdırılma mexanizminin sadələşdirilməsinə xidmət göstərir. Verilən Fərmanın mühüm əhəmiyyətini vurğulayan İ.İsmayılov onu da qeyd edib ki, dövlətimiz məcburi köçkünlərin həyat şəraitinin yüksəldilməsi istiqamətində davamlı işlər görür: «Ölkə başçısının sonuncu Fərmanı da məcburi köçkünlərimizin sosial təminatının daha yüksək səviyyədə təmin edilməsinə istiqamətlənib. Ümumiyyətlə, bir fakt xüsusi vurğulanmalıdır ki, bu gün Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yüksəldilməsi istiqamətində komleks tədbirlər görməkdədir. «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı» qəbul edilib, mütəmadi olaraq məcbur köçkünlərin sosial təminatı ilə bağlı Fərman və sərəncamlar imzalanır. Qeyd olunan Dövlət proqramı qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına güclü təkan verib. Ötən illər ərzində məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına və digər sosial ehtiyaclarının ödənilməsinə 7 milyard dollara yaxın vəsait sərf olunub. Qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımız üçün salınan yeni yaşayış məntəqələrində bütün texniki infrastrukturla yanaşı, 150 məktəb, 58 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 2 Olimpiya İdman Kompleksi tikilib. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan dövləti, ölkə Prezidenit hər zaman öz vətəndaşının yanındadır, onların problemlərinin həllinə çalışır. Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti Dağlıq Qarabağın və işğal altında olan rayonların işğaldan azad olunması istiqamətində fəaliyyətini də uğurla davam etdirir. Prezident İlham Əliyev hər zaman vurğulayıb ki, Azərbaycan öz torpaqlarını azad etdikdən bu ərazilərdə yeni infrostrukturlar qurulacaq, geniş işlər aparılacaq. Artıq Azərbaycan bütün dünyaya sübut edib ki, Dağlıq Qarabağ münaqişəsi məhz ermənilərin qeyri-konstruktiv mövqeyi nəticəsində öz həllini tapmır. Ötən ilin aprelində düşmən təxzribatlarının qarşısın qəhrəman əsgərlərimiz tərəfindən rəşadətlə alındı. Prezidentimiz bir daha bildirdi ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır, qadirdir. Bu baxımdan birmənalı şəkildə qaçqın və məcburi köçkün rayonların əhalisi  dövlətimizə inanır, möhtərəm Prezidentimizi dəstəkləyirlər».