Xəbərlər
Çexiyanın sənaye və ticarət naziri Azərbaycana gəlir
Çexiyanın sənaye və ticarət naziri Yan Mladek bu gün Azərbaycana səfər edir.
Bu barədə Azərbaycanın Praqadakı səfirliyindən məlumat verilib.
Səfər zamanı naziri Çexiyanın bir sıra nazirlik və qurumlarının, eləcə də ölkənin iri şikətlərinin nümayəndələri müşayiət edəcək.
Səfər çərçivəsində Azərbaycan-Çexiya hökumətlərarası komisiyanın iclası və biznes-forum keçiriləcək. Bunda başqa nazirin Azərbaycan hökumət nümayəndələri ilə görüşlər keçirəcəyi planlaşdırılır.