Xəbərlər
Yevda Abramov: Azərbaycan hər zaman multikulturalizm dəyərlərini paylaşır
«Ötən il Azərbaycanda «Multikulturalizm ili» çərçivəsində mühüm tədbirlər keçirilib». Bu fikri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib.
Y.Abramov bildirib ki, Azərbaycan hər zaman multikulturalizm dəyərlərini paylaşır. Onun sözlərinə görə, multikulturalizm Azərbaycanda dövlət siyasətidir.
«Azərbaycan bu addımları ilə dünyaya bir nümunə göstərir. Bu dəyərlər bizim zənginliyimizdir. Ona görə də, multikulturalizm, tolerantlıq dəyərləri daim qorunacaq və inkişaf etdiriləcək. Bu baxımdan, dünya ölkələri Azərbaycandan nümunə götürməlidirlər»- deyə, Y.Abramov qeyd edib.