Xəbərlər
Prezident İlham Əliyev Naxçıvanda sosial-iqtisadi inkişafın sürətləndirilməsinə 5 milyon manat ayırıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5 milyon manat ayrılıb.