YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri var

İyulun 24-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyənin Bolu vilayətinin bələdiyyə sədri Alaaddin Yılmazın rəhbərlik  etdiyi  nümayəndə heyəti ilə  görüşüb. 

Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, Oqtay Əsədov görüşdə Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərindən danışıb. Bildirib ki, ölkələrimiz hər zaman bir-birini dəstəkləyir və dostluq yardımlarını əsirgəmirlər. Sədr qarşıdan gələn prezident  seçkilərində qardaş Türkiyəyə uğurlar arzulayıb.

Görüşdə Türkiyənin inkişafında hakim Ədalət və İnkişaf Partiyasının və yerli özünüidarəetmə orqanlarının rolundan danışılıb. Qeyd  edilib ki, bələdiyyə orqanları arasında əməkdaşlığın daha da intensivləşməsi əlaqələrimizin gələcək inkişafına töhfələr verə bilər. Qarşılıqlı səfərlərin münasibətlərimizin daha da dərinləşməsinə xidmət etdiyi bildirilən görüşdə dostluq əlaqələrinin möhkəmləndirilməsinin təcrübə və informasiya mübadiləsi baxımından zəruri olduğu vurğulanıb. 

Alaaddin Yılmaz Azərbaycanda gördüyü inkişafdan, ölkəmizdə, xüsusilə Bakı şəhərində həyata keçirilən tikinti-quruculuq işlərindən, zəngin infrastruktur sisteminin yaradılmasından məmnunluğunu  bildirib. 

Bələdiyyə sədri Azərbaycanın və Türkiyənin  inkişafına  mane ola biləcək  hər  hansı problemin  aradan  qaldırılması  və ikitərəfli  münasibətlərin  daha  da  dərinləşməsi üçün  səylərin  birləşdirilməsinin  vacibliyini vurğulayıb.

Söhbət zamanı  qarşılıqlı   maraq  doğuran  bəzi  məsələlər  barədə  fikir  mübadiləsi  aparılıb.