Xəbərlər
Milli Məclisin nümayəndə heyəti İranın sabiq Prezidentinin vəfatı ilə əlaqədar mərasimlərdə iştirak edəcək
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, parlamentin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, deputatlardan Nəriman Əliyev, Şəmsəddin Hacıyev, Hüseynbala Mirələmov, Aydın Mirzəzadə İran İslam Respublikasının paytaxtı Tehran şəhərinə səfər ediblər.
Parlamentin mətbuat xidmətindən bildiriblər ki, nümayəndə heyəti İran İslam Respublikasının sabiq Prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar mərasimlərdə iştirak edəcək.
Səfər yanvarın 12-də başa çatacaq.