YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Ölkədə kənd təsərrüfatı və ərzaq məhsulları üzrə bazar infrastrukturunun inkişafı ixraca da stimullaşdırıcı təsir göstərəcək

«Strateji Yol Xəritəsində kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişafı və istehsalçıların bazarlara çıxışının asanlaşdırılmasının strateji hədəflərdən biri kimi müəyyənləşdirilməsi böyük aktuallıq daşıyır. Qarşıya qoyulan  hədəf çərçivəsində daxili bazar infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı bir sıra prioritetlər müəyyənləşdirilib». Bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev deyib.  

T.Rzayev bildirib ki, kənd təsərrüfatı və ərzaq məhsulları istehsalçılarının ixrac bazarlarına çıxış imkanlarının genişləndirilməsi üçün geniş əhatəli tədbirlərin görülməsi də Strateji Yol Xəritəsi çərçivəsində müəyyən edilmiş prioritet istiqamətlərdən biridir. Onun sözlərinə görə, sənəddə vurğulanır ki, ilk növbədə, ixrac imkanlarının genişləndirilməsi baxımından zəruri şərtlərdən biri məhz bazar infrastrukturunun inkişafı ilə bağlıdır ki, bu baxımdan ölkədə kənd təsərrüfatı və ərzaq məhsulları üzrə bazar infrastrukturunun inkişafı tədbirləri ixraca da stimullaşdırıcı təsir göstərəcəkdir.

«Eyni zamanda, ənənəvi ixrac bazarlarına daha geniş miqyasda daxil olmaqla yanaşı, xüsusilə də yeni ixrac bazarlarına çıxış imkanlarının yaradılması istiqamətində kompleks dəstəkləyici tədbirlərə ehtiyac vardır. Ənənəvi və yeni satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə kənd təsərrüfatı və emal sənayesi məhsulları üzrə ixracın təşviqi və dəstəklənməsi istiqamətləri müəyyənləşdiriləcək. Strateji Yol Xəritəsində vurğulandığı kimi, bu zaman kənd təsərrüfatı və ərzaq məhsulları üzrə ixrac bazarlarının coğrafiyasının genişləndirilməsi, rəqabət üstünlüyü olan məhsul istehsalçıları üçün ixracın təşviqi və dəstəklənməsi üzrə tədbirlər həyata keçiriləcək»- deyə, T.Rzayev qeyd edib.