Xəbərlər
Xarici İşlər Nazirliyi Azərbaycanın İslam hərbi koalisiyasına qoşulmasına dair yayılan xəbərlərə münasibət bildirib
Xarici İşlər Nazirliyi Azərbaycanın İslam hərbi koalisiyasına qoşulması barədə kütləvi informasiya vasitələrində yayılan xəbərlərə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın xarici siyasətinin gündəliyində hələlik belə bir məsələnin olmadığını deyib. O qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sözügedən məsələ ilə əlaqədar vaxtilə müxtəlif fikirlər səsləndirilib. Hər hansı təklif irəli sürüldüyü halda Azərbaycan tərəfindən müfəssəl şəkildə təhlil olunur.