Partiya xəbərləri
YAP İdarə Heyətinin iclası keçirilmişdir
Dekabrın 28-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilmişdir.
İclasda qeyd olunmuşdur ki, 2016-cı il ərzində Yeni Azərbaycan Partiyası müxtəlif xarakterli bir sıra mühüm tədbirlər həyata keçirməklə ölkənin ictimai-siyasi həyatında yaxından və fəal iştirakını davam etdirmişdir.
YAP İdarə Heyətinin iclasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar görüləcək tədbirlər, o cümlədən keçiriləcək konfransın mövzusu ilə bağlı müzakirə aparılmışdır.
İclasda həmçinin Yeni Azərbaycan Partiyasının rayon (şəhər) təşkilatlarında növbəti konfransların keçirilməsi barədə qərar qəbul edilmişdir.