Xəbərlər
Aureliya Qriqoriunun Prezident İlham Əliyevə təbrikindən: Xeyirxahlığınıza və qəlbinizin dərinliklərindən gələn mənəvi nura heyran qalmaqdan yorulmuram
“Sizi şəxsən tanıdığım üçün xeyirxahlığınıza və qəlbinizin dərinliklərindən gələn mənəvi nura heyran qalmaqdan yorulmuram. Belə nəcib keyfiyyətlər heç də hamıya nəsib olmur. Dövlət başçısı üçün isə bu, xüsusilə əhəmiyyətlidir. Bu əlamətdar gündə qeyd etmək xoşdur ki, dövlət müstəqilliyinin bərpasından ötən 25 il ərzində təməli atanız, görkəmli siyasi xadim Heydər Əliyev tərəfindən qoyulan quruculuq yolunu uğurla davam etdirməyiniz sayəsində nailiyyətlərini və qələbələrini artıraraq dünyanın lider ölkələri arasında layiqli yer tutan Azərbaycan üçün çox iş görmüsünüz və əminəm ki, bundan sonra da görəcəksiniz”. Bu fikirlər Moldova Ombudsmanı (2008-2015), İctimai Palatanın sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova nümayəndəliyinin direktoru Aureliya Qriqoriunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubunda yer almışdır.
Təbrikdə daha sonar deyilir: “Çiyinlərinizə necə mürəkkəb, məsuliyyətli və eyni zamanda, şərəfli missiyanın düşdüyünü anlayaraq, Sizə ilk növbədə möhkəm cansağlığı, tükənməz həyat eşqi arzu edirəm. Prezidenti olduğunuz ölkəyə bundan sonra da inkişaf etməyi diləyirəm. Dünyada mürəkkəb vəziyyətin yaranmasına baxmayaraq, arzu edirəm ki, bütün çətinliklər Sizin ölkədən yan ötsün, Dağlıq Qarabağ münaqişəsi tezliklə həllini tapsın. Mən regionda sülhü qoruyub saxlamaq və məcburi köçkünləri doğma yurdlarındakı ev-eşiklərinə qaytarmaq üçün şəxsən Sizin necə böyük səylər göstərdiyinizi gözəl bilirəm”.