Xəbərlər
“Yay məktəbi”nin Lerik turunda “Gənclərin İKT bacarıqlarının artırılması, sosial media ilə iş” mövzusunda təlim keçirilib
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün təşkil etdiyi “Yay məktəbi” layihəsinin III turu Lerik rayonundakı “Relax” istiramət mərkəzində öz işini davam etdirir. Tədbir iştirakçıları “Gənclərin İKT bacarıqlarının artırılması, sosial media ilə iş” mövzusunda təlim, müxtəlif məsələlərə dair fikir mübadiləsi aparılıb.
Təlimin moderatoru Sitarə Nəsirova XXI yüzilliyi informasiya əsri kimi səciyyələndirərək müasir dövrdə İKT-nin inkişafının strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb. “Sosial şəbəkələrin gənclərin həyatında rolu” mövzusunda təlimdə keçən YAP Yasamal rayon təşkilatının fəal üzvü Həsən Hüseynzadə bildirib ki, müasir dünyanı İKT-siz təsəvvür etmək mümkün deyil: “Məhz İKT-nin imkanlarından istifadə etməklə bu gün sosial şəbəkələr yaranıb və onun vasitəsilə insanlar bir-birilər ilə təmas qururlar. Eyni ilə, YAP Gəncləri Birliyinin üzvləri də daim sosial şəbəkələrdə fəal olmağa çalışır».
Təlimlərdən sonra gəncləri maraqlandıran bir neçə mövzu ətrafında fikir mübadiləsi aparılıb. Günün ikinci yarısında müxtəlif intellektual yarışlar və YAP-çı qızlar arasında “Katamaran” yarışı keçirilib. Daha sonra flaşmob təşkil olunub.