YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin hüquqi statusu üzrə məsləhətləşmələr keçirilib

Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin hüquqi statusu üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.

Görüşdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Xələf Xələfov, Qazaxıstan Respublikasını isə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyə Amanjolova təmsil edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin müddəaları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, eləcə də Xəzər dənizi ilə bağlı digər aktual mövzular üzrə geniş fikir mübadiləsi aparılıb. Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısına qədər Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin tam şəkildə razılaşdırılması və konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun növbəti görüşünün Aşqabadda keçirilməsi üçün birgə səylərin artırılmasının vacibliyi vurğulanıb.

Xəzər dənizi məsələləri üzrə ikitərəfli formatda keçirilən məsləhətləşmələrin mövqelərin yaxınlaşdırılmasına və açıq qalan məsələlərin razılaşdırılmasına xidmət etdiyi qeyd olunub.