YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səlim Müslümov: Azərbaycanda beynəlxalq satandartlata uyğun müasir sığorta-pensiya sistemi formalaşdırılıb

«Azərbaycan Prezidenti cənab İlham Əliyevin əhalinin sosial müdafiəsinə xüsusi diqqət və qayğısı, həmçinin sığorta-pensiya sisteminin inkişafını və bu sistemin islahatlarını daim diqqət mərkəzində saxlaması əksər ölkələrin sosial sahədə ciddi ixtisarlar aparmaq zərurəti ilə qarşılaşdığı bir zamanda ölkəmizdə pensiya proqramlarının vaxtında və tam icra edilməsinə əsaslı təminat verib. Eyni zamanda, dövlət başçısının ölkədə idarəçilik praktikasının mütərəqqi təcrübələrə və innovativ yanaşmalara, elmi-texnoloji yeniliklərə istinad şəraitində modernləşdirilməsi siyasətinə uyğun olaraq, 2003-cü ildən başlayan islahatlar nəticəsində Azərbaycanda beynəlxalq satandartlata uyğun müasir sığorta-pensiya sistemi formalaşdırılıb». Bu fikirləri yap.org.az saytına müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

S.Müslümov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda bununla əlaqədar yeni inkişaf istiqamətləri, bu sahədə qarşıda duran vəzifələr, prioritetlər və reallaşdırılacaq kompleks islahat tədbirləri müəyyən edilib. Konsepsiyada islahatların başlıca məqsədi kimi yeni sosial-iqtisadi şəraitə uyğun olaraq pensiya təminatı sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlığına nail olunması, pensiya təminatının vətəndaşların sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməsi göstərilib.

«Bu baxımdan pensiya sistemində prioritet islahat istiqamətləri kimi sığorta prinsiplərinin gücləndirilməsi və qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında balanslaşdırma mexanizmlərinin formalaşdırılması, təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi əksini tapıb. Sənəddə sistemin uzunmüddətli inkişafı üçün aktuar təhlillərə əsaslanan mexanizmlərin formalaşdırılması, sığorta prinsiplərinə uyğun olmayan ödəmələrin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, o cümlədən bu ödəmələrin dövlət öhdəliyi kimi fərqləndirilməsi tədbirləri də əhatə olunub»- deyə, nazir vurğulayıb.