Xəbərlər
Qırğızıstan parlamentinin sədri Azərbaycana səfərə gəlib

Qırğızıstan Respublikasının parlamentinin - Joqorku Kenişin sədri Çınıbay Tursunbəkovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 21-də Azərbaycana səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Joqorku Kenişin sədrini Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.